Xoş gəlmişsiniz

Steam və Robototexnika

Haqqımda

Mən kiməm?

Nə işlə məşğulam?

Hal-hazırda STEAM təhsil layihələri, robot və dron yarışları, eləcə də təhsil texnologiyaları sahəsində fəaliyyət göstərirəm. Müxtəlif təlimlər və layihələr vasitəsilə şagirdlərə və müəllimlərə Arduino sistemləri, sensor texnologiyaları, 3D dizayn, CNC, Micro:bit, Raspberry Pi, Makeblock və LEGO texnologiyaları ilə işləməyi öyrədirəm. Məqsədim – gəncləri texnologiyaya yaxınlaşdırmaq, onları ilhamlandırmaq və ölkəmizdə yaradıcı və düşünən bir nəsil formalaşdırmaqdır.

Salam! Mən Elcan Seyidov – informasiya texnologiyaları üzrə mütəxəssis, elektronika və mühəndislik sahəsinə uşaqlıqdan maraq göstərmişəm. Bu marağım məni Arduino, elektronika, robototexnika və dron mühəndisliyi ilə dərin şəkildə məşğul olmağa aparıb. Mənim üçün texnologiya sadəcə bir sahə deyil – həm də yaradıcılıq, inkişaf və fayda vermə yoludur.

Təlim

Uğurlu Layihə

Yerli və Beynalxalq Sertifikat

Uğurlu Təcrübəçi

Xidmətlər

Şagird,Müəllim və Tələbələr üçün təlimlərimiz

Sadə elektronika

Komponentərlə tanışlıq və sadə dövrələr

Əlaqə

Arduino

Arduinoya giriş sadə layihələrin hazırlanması və proqramlama

Əlaqə

Lego dərsləri

Lego təhsil dərsləri ilə tanışlıq və kodlama

Əlaqə

Makeblock

Makeblock təhsil dəstləri və robotları ilə tanışlıq. Mblock la kodlama

Əlaqə

Scratch və C++

Scratch tam təlim və C++ la sade alqoritmlərin qurulması

Əlaqə

STEAM

STEAM la bağlı seminar və inteqrasiya mövzuları

Əlaqə

Sertifikatlarım

Yarış və təlimlərdən sertifikatlarım

  • Hamısı
  • Beynalxalq
  • Yarışlar
  • Digər

Azərkosmos

Azərbaycan və Braziliya kosmika agentliyinin birgə təşkil etdiyi təlimi bitirdiyim üçün verilib.

Udemy

Udemy onlayn platformasında kursu bitirdiyim üçün verilib.

AİRO

AİRO beynalxalq yarışında komanda mentoru olduğum üçün verilib.

STEAM-7

Hədəf də keçirilən beynalxalq STEAM təlimində dəstək olduğum üçün verilib.

Matatalab

Matatlab Pro beynalxalq imtahanında iştrak edib keçdiyim üçün verilib.

Robotex

Robotex beynalxalq təlimçi təlimini bitirdiyim üçün verilib.

Matatalab

Matatlab Lite beynalxalq imtahanında iştrak edib keçdiyim üçün verilib.

Saf-2024

STEAM Azərbaycan festivalın da "Dron" kataqoriyasında 2- ci yerə çıxan komandanın mentoru olduğum üçün verilib.

Balabilgə

Təlimdən bacarığa formunda təlimçi olduğum üçün verilib.

Fibonacci

Türkiyədə keçirilən Robotex yarışında komanda mentoru olduğum üçün verilib.

Saf-2022

STEAM Azərbaycan festivalın da "Robokids(Matatalab)" kataqoriyasında 2- ci yerə çıxan komandanın mentoru olduğum üçün verilib.

ART

Azərbaycan Robototexnika Turenerində "Dron" kataqoriyası üzrə 1 ci yerə çıxan komandanın mentoru olduğum üçün verilib.

AİRO

AİRO beynalxalq yarışında Line Follower kataqoriyasında 3 cü yerə çıxan komandanın mentoru olduğum üçün verilib.

ART

Azərbaycan Robototexnika Turenerində komanda mentoru olduğum üçün verilib.

STEAM-6

STEAM-6 Təlimində təlimçi olduğum üçün verilib.

C++

Onlayn C++ proqramlaşdırma imtahanını uğurla keçdiyim üçün verilib.

Kurslar

Elktronika , STEAM , Proqramlaşdırma

STEAM Kursu - 1

100 / month

  • STEAM nədir
  • STEAM ın tətbiqi
  • Sadə elektronika
  • Tinkercad
  • Arduino

STEAM Tam kurs

200 / month

  • STEAM nədir və tətbiqi
  • VRVEX
  • Scratch və Lego
  • Sadə elektronika və arduino
  • Tinkercad və Onshape

Tez-tez verilən Suallar

Sizdə suallarınızı bizə göndərə bilərsiz

1. STEAM nədir?

STEAM — Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyat (Mathematics) sahələrinin inteqrasiya olunmuş şəkildə öyrədilməsini ifadə edən tədris yanaşmasıdır. Bu metod şagirdlərin yaradıcılıq, problem həll etmə və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirir.

2. STEAM və Robototexnika

Robototexnika, STEAM təhsilinin mühüm bir hissəsidir. Çünki robot hazırlamaq üçün: Elm bilikləri (məsələn, hərəkət və enerji qanunları), Texnologiya (sensorlar, mikrokontrollerlər), Mühəndislik (dizayn və mexaniki quruluş), İncəsənət (robotun estetik və yaradıcı görünüşü), və Riyaziyyat (ölçü, bucaq, proqramlaşdırma məntiqi) birgə tətbiq olunur. Bu baxımdan, robototexnika STEAM-ın tətbiqi və tədrisi üçün ideal bir vasitədir.

3. Elektronikasız STEAM?

Elektronika olmadan da STEAM mümkündür, çünki STEAM sadəcə elektronika ilə məhdudlaşmır. Məsələn: Elm – təbiət hadisələrinin təhlili, təcrübələr Riyaziyyat – riyazi modellər, hesablamalar İncəsənət – dizayn, rəsm, yaradıcı layihələr Mühəndislik – mexaniki modellər, kağız və taxta ilə quruluşlar Elektronika bir vasitədir, əsas deyil. Lakin elektronika istifadə olunduqda STEAM daha interaktiv və texnoloji yönümlü olur.

4. STEAM və proqramlaşdırma?

Proqramlaşdırma STEAM təhsilinin xüsusilə Texnologiya və Mühəndislik komponentlərinə birbaşa bağlıdır. Şagirdlər kod yazaraq: Problemləri həll etməyi, Əlaqəli düşünməyi, və yaradıcı layihələr qurmağı öyrənirlər. Məsələn, mikrobit, Arduino və ya Scratch ilə proqramlaşdırma uşaqlara həm texniki bilik, həm də yaradıcı tətbiq imkanları təqdim edir. Bu da STEAM öyrənməsini daha praktiki və maraqlı edir.

5. STAEM və 3D dizayn?

3D dizayn STEAM təhsilində Mühəndislik, İncəsənət və Texnologiya sahələrinin kəsişməsində yer alır. Şagirdlər 3D modelləmə proqramları ilə: Öz yaradıcılıqlarını ifadə edir (Art), Texniki layihələr hazırlayır (Engineering), və bu modelləri 3D printerlərlə gerçəyə çevirirlər (Technology). Bu proses öyrənməni həm əyləncəli, həm də real həyata uyğun edir, STEAM bacarıqlarını inkişaf etdirir.